BURADA REKLAMINIZ OLA
BİLƏR

Millimiz Slovakiyaya uduzdu

Azərbaycan millisi növbəti oyununu keçirib.

 

Pravda.az-ın məlumatına görə, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə ilk ev matçına çıxıb.

 

C liqasının 3-cü qrupunda çıxış edən Canni de Byazinin yetirmələri Slovakiyanı qəbul edib. Bu, komandamızın I dövrədə son sınağı olub.

 

Bunadək səfər oyunlarında Qazaxıstana 0:2 hesabı ilə uduzan və Belarusla qolsuz heç-heçə edən millimiz rəqibini “Dalğa Arena”da qonaq edib.

 

Oyunun əvvəlində slovakiyalılar daha fəal olsa da, görüşün böyük hissəsi qarşılıqlı hücumlarla keçib. Hər iki komanda qol imkanları yaratsa da, hesab matçın taleyi son dəqiqələrdə həll olunub. Qonaqlar Vladimir Vayssın qolu ilə 3 xal əldə edib. Bununla da I dövrəni qolsuz başa vuran millimiz üç oyunda yalnız 1 xal toplayıb.

 

Qeyd edək ki, iyunun 13-də IV turun matçına çıxacaq yığmamız evdə Belarusla görüşəcək.

 

Tarix: 10 İyun 2022, 22:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin