BURADA REKLAMINIZ OLA
BİLƏR

ŞOK İDDİA! Azərbaycandan arpanı saxta yolla çıxarırlar? - VİDEO

Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edilən məhsullardan biri də arpadır. Ancaq iddialar var ki, arpa doğranaraq ölkədən ixrac edilir. Xüsusilə yerli arpa İraq və İrana daşınır. Bu ilin ilk 3 ayında 17 min tondan çox arpa məshulunun ixrac edildiyi deyilir. Bu iddialar əsaslıdırmı?

 

Azərbaycanda ixracına məhdudiyyətlər qoyulan arpa müxtəlif üsullarla ölkədən çıxarılır. Bu iddianı Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli səsləndirib. O bununla bağlı videogörüntü də təqdim edib. Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb. Lakin bir sıra şəxslər bu qadağadan yayınmaq üçün dənli bitkiləri kiçik qırıntılara bölərək, "emal sənayesi məhsulu" adı altında Azərbaycandan çıxarırlar. Yerli arpa əsasən İrana və İraqa daşınır. Xüsusilə son 10-15 gündür ki, bu ixrac əməliyyatı daha da intensivləşib.

 

O bildirdi ki, ötən ilin ilk 3 ayında Azərbaycandan xaricə 1 kq belə "Digər arpa" ixrac olunmadığı halda, 2022-ci ilin eyni dövründə 17 min tondan çox məhsul ixrac edilib. Mürvət Həsənli onu da qeyd etdi ki, bu səbəbdən yem ehtiyatı toplamaqda çətinlik çəkirlər. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bu məhsulu xaricdən idxal etmək də baha başa gəlir

 

Mürvət Həsənli ehtimal edir ki, əgər bunun qarşısı alınmasa, eyni halın yaxın günlərdə buğda, qarğıdalı və çovdarla bağlı da yaşanacağı gözlənir.

 

İqtisadiyyatçılar hesab edirlər ki, bu məsələyə nazirlər kabineti tərəfindən reaksiya verilməli və bu formada arpanın ölkədən çıxarılmasına da müəyyən vaxta qədər məhdudiyyətlər tətbiq edilməlidir.

 

 

Tarix: 11 İyun 2022, 07:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin