BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəsarət alan şəxslərə birdəfəlik ödənişlərlə bağlı 120 milyon manat ayrılacaq

Azərbaycanda 1991-1997-ci illərdə xəsarət alan şəxslərə birdəfəlik ödənişlər ödənilməsi ilə bağlı hazırlıq işləri aparılır.

 

Pravda.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

 

O qeyd edib ki, bu islahatın maliyyələşdirilməsinə 120 milyon manatın sərf edilməsi nəzərdə tutulur. Birdəfəlik ödənişlərin verilməsi ilə bağlı qaydalar hazırlanaraq, yuxarı dövlət orqanlarıma təqdim olunub. "Ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənədləri sistemə daxil edilməyən şəxslərin məlumatları isə kağız üzərində müraciətlərin həyata keçirilməsi təmin olunacaq, həmin şəxslərə şərait yaradılacaq ki, öz müraciətlərini DSMF-nin yerli bölmələrinə vəya DOST mərkəzlərinə təqdim etsinlər"- deyə, DSMF sədri əlavə edib.

Tarix: 11 İyun 2022, 12:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin