BURADA REKLAMINIZ OLA
BİLƏR

Xüsusi nümayəndəliyə pick-up tipli avtomobil ianə edildi - FOTO

“Bu gün Qarabağ Dirçəliş Fondunun qonağı olduq və həmkarım Rəhman müəllim ilə işğaldan azad olunmuş ərazilərin bərpası barədə faydalı müzakirə keçirtdik”.


Pravda.az xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) (QİRİAOƏ ) xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında Qarabağ Dirçəliş Fondunun (QDF) sədri Rəhman Hacıyevlə görüşdən sonra yazıb.


“Görüşdən sonra QDF tərəfindən QİRİAOƏ-ə Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinə pick-up tipli avtomobil ianə edildi. Dərin təşəkkürümüzü bildiririk!”, - Emin Hüseynov əlavə edib.

Fotoları təqdim edirik
Tarix: 12 İyun 2022, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin