BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ordusunun iki hərbçisi xəstəlikdən vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçuları tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.


Müdafiə Nazirliyindən Pravda.az-a bildiriblər ki, polkovnik leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular. Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.


Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Tarix: 12 İyun 2022, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin