BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatdı

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

 

Pravda.az-ın məlumatına görə, Bakıda keçirilən mövsümün səkkizinci mərhələsində “Red Bull” komandasının pilotu Maks Ferstappen birinci yeri tutub.

 

Ötən il Bakıdakı yarışda qəza törədən niderlandlı pilot bu dəfə finişə birinci çatıb. O, keçənilki Azərbaycan Qran-prisinin qalibi olan komanda yoldaşı Serxio Peresi qabaqlayıb.

 

“Ferrari”nin pilotları Karlos Sayns və Şarl Leklerin yarışı erkən dayandırmasından yararlanan Corc Rassell (“Mercedes”) üçüncü olub.

 

Finişə 20 pilotdan 15-i çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.

Tarix: 12 İyun 2022, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin