BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa çempionu olan millimiz vətənə qayıtdı

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi turnirin keçirildiyi Slovakiyanın Koşitse şəhərindən vətənə qayıdıb.

 

Pravda.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında minifutbolçuları idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və minifutbolsevərlər qarşılayıblar.

 

Qeyd edək ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Avropa çempionatının finalında Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

 

Report

Tarix: 13 İyun 2022, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin