BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yaydı

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

İdarədən verilən məlumata görə, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində - Şamaxının "Acı dərə" deyilən ərazsindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda araşdırmalar davam edir.

 

Bəzi saytlar məlumat yayıb ki, hadisə zamanı ölum halı qeydə alınıb. Bir daha qeyd edirik ki, hadisə nəticəsində ölum halları baş verməyib. Bu, həqiqəti əks etdirmir.

Tarix: 13 İyun 2022, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin