BURADA REKLAMINIZ OLA
BİLƏR

Futbol qaydalarında yeni dəyişikliklər edildi

Beynəlxalq Futbol Assosiasiları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

 

Pravda.az-ın məlumatına görə, koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

 

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

 

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

Tarix: 13 İyun 2022, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin