BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda hoteldə faciə - ərəb qadın öldü

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

 

Pravda.az-ın məlumatına görə, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən "Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

 

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.

 

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qafqazinfo

Tarix: 13 İyun 2022, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin