BURADA REKLAMINIZ OLA
BİLƏR

Şamaxıdakı qəzada xəsarət alan məktəblinin valideyni: “Oğlum şüşədən dərəyə düşdü” - VİDEO

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.

 

Baku TV xəbər verir ki, institutun həkimi xəstənin vəziyyətinin stabil olduğunu bildirib.

 

O deyib ki, hazırda azyaşlı Kompüter Tomoqrafiyası müayinəsinə hazırlanır:

 

"Onda kəllə-beyin travmasının olması şübhəsi var. Ona görə də müayinə ediləcək. Bundan sonra əməliyyatın nə vaxt olacağına qərar verəcəyik. Kəllə-beyin travması olmasa, sabah əməliyyat ediləcək”.

 

Qəzada xəsarət alan azyaşlının valideyni bildirib ki, sürücü avtobus ilə döngəyə daxil olarkən sürəti tənzimləyə bilməyib.

 

O deyib ki, qəza zamanı avtobusda onun iki uşağı olub. Uşaqlardan biri şüşədən dərəyə düşüb.

 

Süjetdə həmçinin qəzada ağır xəsarət alan azyaşlı da danışıb. O, yaxşı olduğunu bildirib.

 

Tarix: 13 İyun 2022, 19:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin