BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu son deyil" - Tolik bağlanan verilişindən danışdı

"Əziz dostlar bu açıqlamanı verməklə 2 gündür medianı zəbt edən məsələyə aydınlıq gətirmək istəyirəm".

Pravda.az-ın xəbərinə görə, Tarix Əliyev (Tolik) aparıcısı olduğu verilişin bağlanması ilə bağlı İnstaqram səhifəsində məlumat yayıb.

"Mən Xəzər TV-də 3 ilə yaxındır "Hər şey daxil" layihəsinin həm rəhbəri, həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də, sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır. Gərək göz yorulmasın. Xəzər TV-yə yeni gələn rəhbərim Murad Dadaşov məni bu gün deyil, dünən deyil, 10 ildir tanıyır. Mən məhz onun sayəsində 3 dəfə ölkənin ən reytinqli realiti şousu olan "Maşın" şounun iştirakçısı olmuşam. M. Dadaşovun əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki, qaldı "Hər şey daxil"in bağlanmasına... Bu son deyil. İnşallah yaxın zamanda Xəzər Tv-də yeni layihəmlə sizin qarşınız olacam. Murad Dadaşov istəsəydi, məni kanaldan uzaqlaşdıra bilərdi, amma o, potensialımı yüksək qiymətləndirərək, mənə etimad göstərir... Təşəkkür edirəm. Sonda deyim ki, məni dəstəkləyən də, dəstəkləməyən də sağ olsun. Hər kəsə uğurlar"- Tolik əlavə edib.


Fotoları təqdim edirik
Tarix: 7 Mart 2020, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin