BURADA REKLAMINIZ OLA
BİLƏR

17 yaşlı oğlanla bağlı intihar ehtimalı: Az bal yığıbmış

Füzulidə kanalda batdığı deyilən oğlanla bağlı bir sıra detallar məlum olub.

 

Pravda.az-ın məlumatına görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış.

 

O, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb.

 

Hazırda Z.Süleymanovun axtarış tədbirləri davam etdirilir. Məlumata görə, onun tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur.

 

Z.Süleymanovun intihar edib-etmədiyi isə dəqiq bilinmir.

 

Lent.az

Tarix: 14 İyun 2022, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin