BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyəzəndə ağır avtomobil qəzası: Ölən və yaralananlar var

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Pravda.az-ın məlumatına görə, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində "Nissan Mikra" markalı avtomobil "Mercedes ML"lə toqquşub.


Hadisə nəticəsində Siyəzən sakinləri: - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.


Yaralılar xəstəxanaya yerləşdirilib.


Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.


Hadisə ilə bağlı araşdırma aparılır.


Report 

Tarix: 14 İyun 2022, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin