BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında daha 4 medal qazanıb.

 

Üçüncü yarış günündə Məhəmməd Qasımzadə (60 kq) finalda gürcüstanlı Avtandil Mamaladzeyə tam üstünlüklə (9:1) qalib gələrək Avropa çempionu olub. Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medala sahib çıxıblar.

 

Beləliklə, milli komanda qitə birinciliyini 8 medalla başa vurub. Bunlardan 2-si qızıl, 5-i gümüş, 1-i isə bürünc medal olub.

 

Report

Tarix: 15 İyun 2022, 21:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin