BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qəbələ" "Sumqayıt"ı darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.

 

Pravda.az-ın xəbərinə görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

 

Baş tutan hər iki görüş qonaqlar üçün uğursuz alınıb. Həm "Qəbələ", həm də "Neftçi" doğma azarkeşləri önündə böyükhesablı qələbə əldə edib. Üstəlik, qonaq komandalar bir qol belə vura bilməyiblər.

 

Tura Qəbələdə start verilib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” autsayderin qonağı olub. "Qəbələ" doğma meydanında keçirdiyi görüşdə gözlənilmədən rəqibini darmadağın edib. İlk hissədə 4 dəqiqə ərzində "kimyaçılar"ın qapısından 2 top keçirən "qırmızı-qaralar" fasilədən sonra rəqibi daha 3 dəfə mərkəzə dəvət ediblər. Bu nəticə “Qəbələ”yə ardıcıl ikinci qalibiyyətini qazandırıbsa, "Sumqayıt"ın qələbə həsrəti 4 matça yüksəlib.

 

Günün ikinci görüşündə iki Bakı klubu üz-üzə gəlib. "Sabah"ı qəbul edən “Neftçi” də asan qələbəyə sevinib. Erkən qolla hesabı açan Füzuli Məmmədovun yetirmələri ikinci hissədə məhsuldarlığını daha da artıraraq 3 xalı aktivinə yazdırıb. Bununla "Neftçi" məğlubiyyərsiz oyunlar seriyasını 9-a yüksəldib.

Tarix: 7 Mart 2020, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin