BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: “Qiyməti artıran sahibkardır, ya gömrük?”

“Rusiyadan bir dostumun xahişi ilə onun şirkətinə İran Astarasından 2 vaqon meyvə göndərmək qərarına gəldik və qiymətləri biləndə şok oldum”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iş adamı, sabiq deputat Nazim Bəydəmirli Gömrük komitəsinin qiymətləri necə bahalaşdırdığını şərh edərkən deyib.

 

“330 dollar/ton portağala və 350 dollar/ton almaya ödədik, 400 dollar terminal və bəyannamə xərcləri 3500 dollar bir vaqonun daşınma xərci. Orta hesabla mal Rusiyanın paytaxtında 447.5 dollar/ton, yəni 0.45 dollar 1 kq...İstədim Azərbaycanla maraqlanım, deklarantdan soruşdum, dedi neçəyə almağınızdan asılı olmayaraq 700 dollar/ton bəyannamə qiyməti olacaq, ən azı 2 dəfə "süni qiymət artımı". Biz portağalı Bakıya gətirib, 36% gömrüyünü də ödəyib, 30% əlavə gəlir qoyub parakəndə satışa verdiyimiz an onun 1 kq 0.70 dollardan (1 manat 20 qəpik olardı) və dükanlar da 30% qazanc qoyub satsalar 1 manat 56 qəpik olardı. İndi bir sual yaranır: Siz sonuncu dəfə alma və portağalı neçəyə aldığınızı şərh yerinə yazın.. Qiyməti artıran sahibkardır, ya gömrük (monopoliya)?” – N.Bəydəmirli qeyd edib.

Tarix: 7 Mart 2020, 21:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin