BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “Papa Johns”un motosikleti "Priora" ilə toqquşdu - FOTO

Bakıda yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, motosikletlə “90-TX-636” dövlət nömrə nişanlı "Priora" markalı avtomobil toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Qəza yerinə DYP və PPX əməkdaşları, eləcə də təxliyə maşını cəlb edilib.Report

 

Qeyd: Motosiklet “Papa Johns” restoranlar şəbəkəsinə məxsusdur.

 

 

Fotoları təqdim edirik
Tarix: 7 Mart 2020, 23:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin