BURADA REKLAMINIZ OLA
BİLƏR

Toylarına bir həftə qalmış qəzaya düşərək ölən cütlük dəfn olundu - FOTO

Şəkidə baş vermiş ağır qəzada həlak olan cütlük bu gün dəfn olunub.

 

Nişanlı cütlük bu gün Balakən rayonu, Gərəkli kənd qəbiristanlığında son mənzilə yola salınıb.

 

Qeyd edək ki, iyunun 11-də Şəkidə baş verən yol qəzasında sürücü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, onun nişanlısı, sərnişin Günel Göyüşova isə xəstəxanaya yerləşdirilmiş, lakin onun həyatını xilas etmək mümkün olmamışdı.

 

Qeyd edək ki, İbrahim Ağalarov və Günel Göyüşovanın toy mərasimi qəzadan bir həftə sonra baş tutmalı imiş.

 

Oxu.az

 

Tarix: 16 İyun 2022, 20:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin