BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dollar bahalaşacaq? - VİDEO

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı Qlobal Inflyasiya Fonunda uçot dərəcəsini artırıb. Əslində bu hadisə gözlənilən olsa da Federal Ehtiyatlar Sisteminin birdən- birə uçot dərəcəsini 1,50-1,75 faiz aralığına çatdırması dünya içtimaiyyətinin də marağına səbəb oldu. Maraqlıdır,  FED-in uçot dərəcəsini artırması manatın məzənnəsinə necə təsir göstərəcəkmi ?

 

Amerika Birləşmiş Ştatların Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıması manatın məzənnəsinə heç bir təsir göstərməyəcək.

 

İqtisatçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, FED-in açıqladığı rəqəm 1994-cü ildən bəri ən yüksək artımdır. FED uçot stavkasını artırmamışdan öncə, dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayılandan sonra birjalar buna reaksiya verdi. İnsanları düşündürən sullardan biri də budur ki, dünya bazarında dollar bahalaşacaqmı?

 

Xalid Kəriml hesab edir ki, Azərbaycan manatı 2016-cı ildən dollara fiksə edildiyindən dollar bahalaşdıqca manat da bahalaşır.

 

İqtisatçı-ekspert deyir ki, baş verən hadisələrin fonunda manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılı olasa da, FED-in uçot dərəcəsini artması yerli valyutamızın məzənnəsinə təsir etməyəcək. Bunun öz səbəbləri var.

 

Ekspert onu da bildirdi ki, ümumilikdə manatın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi isə Neft Fondu tərəfindən ödənilir.

Tarix: 17 İyun 2022, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin