BURADA REKLAMINIZ OLA
BİLƏR

İnflyasiya proqnozu açıqlandı

Azərbaycan Mərkəzi Bankı xarici mühitin nisbətən əlverişli olacağı şəraitdə inflyasiyanın ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırıb.

 

Bu barədə AMB-dən məlumat verilib.

 

Ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

 

Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək.

Tarix: 17 İyun 2022, 16:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin