BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü yağışlar 17 nəfərin ölümünə səbəb oldu

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 37 nəfər yaralanıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə əyalətdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarə məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ölənlərin arasında üç qadın və 14 uşaq da var, 27 uşaq isə xəsarət alıb.

Güclü yağış və külək 50-dən çox binanın qismən və ya tamamilə məhv olmasına səbəb olub.

Tarix: 8 Mart 2020, 07:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin