BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda güclü yanğın - "Hyundai", "ZİL" və "Renault" yandı

Bakıda yanğın hadisəsi olub.

 

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində ümumi sahəsi 12 m² olan şüşə-pambıq üzlükdən ibarət konteynerin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 12 m² olan digər konteynerin bir tərəfi 4 m² sahədə, ərazidə təmirə dayanan iki ədəd "Hyundai" markalı minik avtomobilinin yanar hissələri qismən, "ZİL" markalı yük avtomobilinin salon hissəsi və "Renault" markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Konteyner, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 8 Mart 2020, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin