BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Yaralılar var

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.


Pravda.az-ın məlumatına görə, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.


Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Tarix: 18 İyun 2022, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin