BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda minik avtomobili “Azpetrol”un maşınına çırpılıb - FOTO

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək

 

“Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar.

 

Xəsarət alan sərnişinlərdən birinin hərbi qulluqçu olduğu bildirilir.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

 

APA

Fotoları təqdim edirik
Tarix: 19 İyun 2022, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin