BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada məcburi köçkünlərin üçün yaşayış massivinin tikintisi davam etdirilir - Aydın Kərimov

Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr dağıdılaraq məhv edilib.

 

Pravda.az-ın məlumatına görə, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, müharibə bitdikdən sonra Şuşada dərhal yenidən-qurma bərpa işlərinə başlanıldı.

 

“Tapşırıqlara uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması istiqamətində 7 qazanxana təchiz edildi. Müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. Hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir”,- deyə o əlavə edib.

 

 

Tarix: 19 İyun 2022, 14:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin