BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Hacıyev: “Zəngilan Beynəlxalq Havalimanın tikintisi cari ilin sentyabrnda yekunlaşacaq”

Zəngilan Beynəlxalq Havalimanın tikintisi cari ilin sentyabrnda yekunlaşacaq.

 

Pravda.az-ın məlumatına görə, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, işğaldan əvvəl Zəngilan ərazisində 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərirdi.

 

Zəngilanın günəş enerjisi və ekoturizm üçün böyük potensiala malik olduğunu bildirən V.Hacıyev Zəngilanda tikinti,bərpa-yenidənqurma işlərinin davam etdirildiyini vurğulayıb.

Tarix: 19 İyun 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin