BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU səs yazısı yayılan müəllimlə bağlı qərar verdi

Bakı Dövlət Universiteti (BDU) səs yazısı yayılan müəllimlə bağlı qərar verib. 

 

Universitetdən verilən məlumata görə, səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

 

Qeyd: Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən rüşvət tələb etməsi ilə bağlı səs yazısı yayılıb. İddia olunur ki, səs yazısı universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsusdur. İlk imtahandan keçmək üçün müəllimin 3-5 min manat civarında pul tələb etdiyi qeyd olunub: “İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.

Tarix: 20 İyun 2022, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin