BURADA REKLAMINIZ OLA
BİLƏR

Tamaşaçılar Azərbaycan cüdoçularının yarışını izləyə bilməyəcəklər

Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri tamaşaçısız keçiriləcək.

Pravda.az-ın xəbərinə görə, yanvarın 13-15-də baş tutacaq yarışın boş tribunlar önündə təşkil olunmasına səbəb koronavirusdur.

Azarkeşlər turniri yalnız televiziya və internetlə izləmək imkanına malik olacaq. 90 ölkədən 587 idmançının qatılacağı yarışda Azərbaycan millisi də iştirak edəcək. Yığmamız Yekaterinburqdakı turnir üçün 11 cüdoçu sifariş edib.

Qeyd edək ki, İtaliya, Çin, Cənubi Koreya və İran yığmaları ümumiyyətlə turnirə qatılmayacaq. Rusiya sərhədini keçməzdən əvvəlki 2 həftə ərzində adıçəkilən ölkələrdə olmuş idmançılar da yarışa buraxılmayacaq. Həmçinin idmançılar hava limanlarında tibbi müayinədən keçəcək, yarış təşkil olunacaq zalda daim vəziyyətin monitorinqi aparılacaq.Apasport

Tarix: 8 Mart 2020, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin