BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda meşə yanır – YENİLƏNDİ

Oğuz rayonunun Calut kəndi ərazisindəki yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, 300 kvm sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə yanğından mühafizə olunub.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

17:53

 

Oğuzda meşəlik ərazidə yanğın başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Calut kəndi yaxınlığında baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə hissəsinin Oğuz rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün işlər görülür.Report

Tarix: 8 Mart 2020, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin