BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib

Xocavənddə 1 tona yaxın çətənə kolu məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.

 

Tədbir zamanı işğaldan azad edilmiş Zoğalbulaq kəndinin ərazisindəki meşə massivində yabanı halda bitmiş çəkisi 1 tona yaxın olan 2156 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Tarix: 21 İyun 2022, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin