BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabadda yoxa çıxan gəlinlərə görə həbslər başladı

Cəlilabad rayonunda bir ailədən itkin düşən gəlinlərin tapılmasından sonra araşdırmalar davam etdirilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, gəlinlər tapıldıqdan sonra həbslər başlayıb.

 

Hazırda gəlinlərin itkin düşməsi faktı ilə əlaqədar olaraq Təzəkənd kənd sakinlərinin izahatları alınır və şübhəli şəxslər dindirilir. Onların arasında şübhəli şəxs qismində saxlanılanlar da var.

 

Qeyd edək ki, martın 4-də rayonun Təzəkənd kənd sakinləri olan iki gəlinlər gecə ikən evdən çıxıblar. Onların hər ikisinin evli olduğu bildirilir. Qeyd olunub ki, qadınlar gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar.

 

Gəlinlərin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” zəng xidməti mərkəzi və hüquq–mühafizə orqanlarına müraciət edilib.

 

Evli qadınlar martım 7-də hüquq-mühafizə orqanlarının axtarışları nəticəsində Bakıda tapılaraq Cəlilabad Rayon Polis Şöbəsinə aparılıb.

 

Hazırda fakt üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, həmin şəxslər Milli Məclisin deputatı Elman Nəsirovun həmkəndliləri və qonşularıdır. Hadisə baş verəndən sonra E.Nəsirov özü də Təzəkənd kəndinə gedib.

Tarix: 8 Mart 2020, 18:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin