BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir qadın stend atıcımız beynəlxalq yarışda diqqət mərkəzindədir - FOTOLAR

Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran Pri yarışında idmançımız Nurlana Cəfərofa bürünc medal qazanıb.

 

Pravda.az xəbər verir ki, bu nailiyyəti atletimiz stend atıcılığının dairəvi növü üzrə qadınlar arasında yarışda əldə edib.

 

Türkiyə Atıcılıq Federasiyasının məlumatına görə, Nurlana Cəfərova nəticələri ilə Bakıda keçirilən Dünya Kuboku yarışlarında bürünc medal qazanmış idmançıları da geridə qoyub.

 

Qeyd edək ki, Konya 2022 Qran Prisi iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir. Bu yarışda bir neçə gün əvvəl idmançılarımız Əli Hüseynli və Alina Rəfixanova qarışıq komanda yarışında bürünc medal qazanıblar.

 



 
Tarix: 21 İyun 2022, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin