BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxda sərhəd döyüş məntəqələri atəşə tutuldu - GƏRGİNLİK

Bu gün saat 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Pravda.az-a verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb.

 

Sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Tarix: 8 Mart 2020, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin