BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

 

Pravda.az-ın xəbərinə görə, turun ikinci oyun günündə 2 matç keçirilib.

 

Hər iki qarşılaşma Bakıda baş tutub. İlk oyun günündə hər iki matçda meydan sahibləri qalib gəlmişdisə, bu dəfə qonaqlar qələbə qazanıb.

 

“Səbail” öz meydanında “Zirə” ilə qarşılaşıb. Məhsuldar keçən oyunda 4 qol vurulub. Son dörd turda uduzan zirəlilər səfərdən üç xalla ayrılıb.

 

Turun mərkəzi oyunu “ASK Arena”da baş tutub. İlk “üçlük”də qərarlaşan komandaların duelində “Keşlə” lider “Qarabağ”la üz-üzə gəlib. Hər hissədə bir qol vuran Ağdam təmsilçisi növbəti qələbəsini qazanıb.

 

Qeyd edək ki, turun ilk günündə “Qəbələ” “Sumqayıt”a 5, “Neftçi” “Sabah”a 4 cavabsız qolla qalib gəlib.

 

Azərbaycan Premyer Liqası

XX tur

8 mart (bazar)

 

16:00. “Səbail” – “Zirə” - 1:3

Qollar: Əliyev, 34 - Volkov, 12, Ramazanov, 59, Tiqrudja, 81

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev

“Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov

Baş məşqçi: Aftandil Hacıyev

 

“Zirə”: 12. Emil Balayev, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake (k), 6. Alvaro Ampuero,

43. Riçard Qadze, 3. Ali Sisey, 18. George Anton, 11. Davit Volkov, 55. Rauf Hüseynli

Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 33. Yovan Krneta, 48. Şafik Tiqrudja, 25. Miloş  Bakraç, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov

Baş məşqçi: Zaur Həşimov

“ASCO Arena”

 

18:00. “Keşlə” – “Qarabağ” - 0:2

Qol: Zubir, 31, Ozobiç, 87

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Cabir Əmirli, 19. Azər Salahlı (k), 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 13. Pərviz Azadov

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 8. Murad Ağayev, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev,

14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 27. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı

Baş məşqçi: Qurban Qurbanov

“ASK Arena” Apasport

 

1

Qarabağ

20

13

6

1

34-7

45

2

Neftçi

20

10

7

3

33-14

37

3

Keşlə

20

8

6

6

27-21

30

4

Sumqayıt

20

6

5

9

24-32

23

5

Zirə

20

6

5

9

25-37

23

6

Sabah

20

5

6

9

19-27

21

7

Səbail

20

5

5

10

16-30

20

8

Qəbələ

20

5

4

11

25-35

19

Tarix: 8 Mart 2020, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin