BURADA REKLAMINIZ OLA
BİLƏR

İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi – 100 yaşında

Ukraynanın Odessa şəhərində yaşayan həmyerlimiz Ataxan Fərzəliyev 100 yaşında vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, A.Fərzəliyev İkinci Dünya müharibəsi zamanı Leninqradda ağır döyüşlərdə iştirak edib, Odessanın azad edilməsi uğrunda döyüşüb. Soydaşımız Berlinə qədər döyüşlərin iştirakçısı olub.

Sonradan Odessa şəhərində yaşamağa başlayan həmyerlimiz Ukraynanın ictimai-siyasi həyatında yaxından iştirak edib. 75 il Odessada yaşayan A.Fərzəliyev burada ailə qurub, çoxsaylı nəvə və nəticə sahibi olub.Azərtac

Tarix: 8 Mart 2020, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin