BURADA REKLAMINIZ OLA
BİLƏR

Mühəndis-istehkam ixtisaslı hərbi qulluqçularla kurslar başladı

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.


Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

Tarix: 22 İyun 2022, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin