BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçaladan BƏD XƏBƏR

Neftçala şəhərində 29 yaşlı qadını elektrik cərəyanı vurub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Ağaşirin Cəfərov küçəsi, bina 4, mənzil 22-də qeydə alınıb.

 

İlkin məlumata görə, həmin ünvanda yaşayan, 1991-ci il təvəllüdlü Hüseynova Vəsilə Qabil qızı evdə paltar ütüləyərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

 

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 8 Mart 2020, 23:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin