BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfər Mehdiyev Prezident Administrasiyasına çağırıldı

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.

 

Pravda.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.

 

Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

 

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.

 

Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.

Tarix: 22 İyun 2022, 19:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin