BURADA REKLAMINIZ OLA
BİLƏR

Qusarda 20 yaşlı oğlan göldə boğuldu

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb.

 

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A.Səlomovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix: 24 İyun 2022, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin