BURADA REKLAMINIZ OLA
BİLƏR

Qida məhsullarının laboratoriyalarda tədqiqinə görə xidmət haqqı müəyyənləşəcək

Qida və yem məhsullarının sınaq laboratoriyalarında tədqiqi ödənişli olacaq.


Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi haqqında" imzaladığı fərmanda əksini tapıb.


Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.


Nazirlər Kabinetinə bu müddət ərzində “Qida Təhlükəsizliyi haqqında” qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək də tapşırılıb.

Tarix: 24 İyun 2022, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin