BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Təmir-Təchizat-4” MMC olub.

 

Pravda.az xəbər verir ki, İcra Hakimiyyəti MMC-yə abadlıq işlərinin satınalınması xidmətinə görə 440 min 957 manat 86 qəpik ödəyəcək.

 

Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Təmir-Təchizat-4” MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur. Şirkət 4 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

 

Qeyd edək ki, 23 iyun tarixinə görə “Təmir-Təchizat-4” MMC-nin dövlət büdcəsinə 8 min 126 manat 80 qəpik vergi borcu var.

 

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

 

Yeniavaz.com

 

Tarix: 24 İyun 2022, 21:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin