BURADA REKLAMINIZ OLA
BİLƏR

Teleaparıcının villasını qarət edənlər tutuldu

Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə istintaq şöbəsinə təhvil verilib. 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam edir.

Tarix: 9 Mart 2020, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin