BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda hərbçilər qəzaya düşüb, 1 nəfər ölüb

Ermənistanda hərbçilərin olduğu maşın qəzaya düşüb, ölən və yaralananlar var.

 

Sünik rayonunun İrəvan-Meğri avtomobil yolunun Tsquk kəndinin inzibati ərazisində hələlik naməlum şəraitdə Müdafiə Nazirliyinin dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobili və “Mercedes” avtomobili toqquşub.

 

Qəza nəticəsində 1 hərbçi hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sisian hərbi hospitalına yerləşdirilib.

 

Polis ölən və yaralıların kimliyini müəyyənləşdirir.

 

APA

Tarix: 25 İyun 2022, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin