BURADA REKLAMINIZ OLA
BİLƏR

"Paşa sığorta" üç şirkəti məhkəməyə verdi

"Paşa sığorta" ASC üç şirkətlə bağlı məhkəməyə müraciət edib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə sığorta şirkəti Bakı Kommersiya Məhkəməsinə üz tutub.


Belə ki, "Paşa sığorta" "Draft Construction" "Avrora" MMC-ləri və "Hermes Finance" QSC-ni məhkəməyə verib.


Sığorta şirkəti sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.


İddialar hakim Kənan Hüseynov, Fərrux Qasımov və Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov 

Tarix: 25 İyun 2022, 19:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin