BURADA REKLAMINIZ OLA
BİLƏR

Gözəllik salonu yandı

Astara şəhərində gözəllik salonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Astara şəhərində ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 1 m² sahədə və içərisindəki əşyalar 5 m² sahədə yanıb.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 26 İyun 2022, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin