BURADA REKLAMINIZ OLA
BİLƏR

BNA Bakıda avtobus qəzası ilə bağlı məlumat yaydı

Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi "Sovxoz" yaşayış sahəsində karyer daşı ilə yüklənmiş “ZİL” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN- dövlət seriya nişanlı avtobusu vurub.


Pravda.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.


Bildirilir ki, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də, xəsarət alan olmayıb.

Tarix: 27 İyun 2022, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin