BURADA REKLAMINIZ OLA
BİLƏR

Qurbanlıq heyvanların qiyməti neçədən başlayacaq? - VİDEO

Qurban bayramı ərəfəsində bahalaşacağı, sonra isə ucuzlaşacağı gözlənilir.

 

Pravda.az-ın məlumatına görə, söhbət Qurban bayramı ilə bağlı satışa çıxarılacaq heyvanlardan gedir.

 

Satıcıların sözlərinə görə, Qurban bayramı ərəfəsində heyvanların qiyməti artacaq, amma bayramdan sonra düşəcək. 

 

Tovuz bazarındakı satıcıların sözlərinə görə, yemin qiymətindəki artım satışa təsir edib.

 

Mingəçevir bazarında isə qəssablar bildirir ki, əvvəlki aylarla müqayisədə qiymətlər 1-3 manat bahalaşıb. Bu da qurbanlıq heyvanların satış qiymətində özünü hiss etdirəcək.

 

Bayram ərəfəsində isə qiymətlərin bir az artacağı istisna edilmir.

 

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il ənənəvi qaydada"Kənddən şəhərə"qurban yarmarkalarının keçirilməsi planlaşdırılır.

 

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, heyvan kəsim məntqələrinə xüsusi nəzarət ediləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar qaydalara uyğun kəsilmiş heyvanların satışı həyata keçiriləcək.

 

 

Tarix: 29 İyun 2022, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin