BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakının mərkəzindəki yanğınla bağlı məlumat yaydı

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumata yayılıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 29 İyun 2022, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin