BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Kamal yeni müdirini "tanımadı" - VİDEO

Xəzər Televiziyasının "5-də 5" verilişinin aparıcısı Zaur Kamal yeni müdiri, televiziyanın direktoru Murad Dadaşovu tanımayıb.


Pravda.az-ın xəbərinə görə, bu hal veriliş zamanı olub.

 

Belə ki, xanəndə Zabit Nəbizadə çıxış edərkən "İcazə verin Murad müəllimi təbrik edim..." deyib. Z.Kamal muğam ustasına "Kimdir Murad müəllim?" sualını ünvanlayıb. Z.Nəbizadə isə Murad Dadaşovu nəzərdə tutduğunu bildirib.


Aparıcı sözlərinə sonradan belə düzəliş edib: "Zabit müəllim Murad müəllimin adını çəkdi. Fikirləşdim görəsən hansı Murad müəllimi deyir. Bizim rəhbər Murad müəllimi deyirmiş. Murad Dadaşov Xəzər TV-yə direktor təyin olunanda söylədi ki, Azərbaycan musiqilərinə, adət-ənənələrinə diqqət yetirilməlidir. Dəvət edəcəyiniz qonaqlar da buna riayət etməlidir. Elə qonaqlar olsun ki, tamaçılar zövqlə izləsinlər". 

 

Tarix: 9 Mart 2020, 23:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin